"Borussiya"nın sabiq futbolçusu Marko Roys karyerasını ABŞ-də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, o, "Los Anceles Qalaksi" klubu ilə razılığa gəlib.
Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaqlar.
35 yaşlı futbolçu mövsümün sonunda Bundesliqa klubu ilə başa çatan sözləşməsini yeniləməyib.
Xatırladaq ki, yarımmdüafiəçinin "Beşiktaş"a keçəcəyi iddia olunurdu.