Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında 16-cı tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi "Osiyek"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

M.Emreli matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticədən sonra "Dinamo" 27 xalla 3-cü pillədə qərarlaşıb. "Osiyek" 22 xalla 5-cidir.