“Bu, əla bir oyun idi. Mən bu anı səbirsizliklə gözləyir və arzulayırdım”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Yurqorden” komandasının hücumçusu Musa Qurbanlı İsveç çempionatının 21-ci turunda “Deqefors”a qalib gəldikləri oyundan (4:1) sonra bildirib.
M.Qurbanlı matçda 2 qol vurub, 1 qolun isə ötürməsini edib. Bu, onun yeni qoşulduğu İsveç çempionatında ilk qolları olub.
Azərbaycan millisinin hücumçusu oyundan sonra jurnalistlərə deyib: “Gözəl hisslər keçirirəm. Azarkeşlərin bizə belə gözəl dəstəyi məni sevindirir”.
M.Qurbanlı görüşdə penaltini vura bilməyib. O, bu haqda suala cavabında deyib: “Bu, gözlənilməz oldu. Dünən məşqdən sonra 15-20 dəqiqə qalıb penalti üzərində işləmişdim. Əlimdən gələni etdim, amma alınmadı”.
O, matçdan sonra azarkeşlərlə birgə mahnı oxumaları barədə də danışıb: “Mən bilmirdim nə oxuyum. Uşaqlar dedi ki, oxumaq lazımdır. Bunun nəyə görə edildiyindən bixəbər idim. Komanda yoldaşlarım mənə izah etdilər. Azarkeşlərimiz sevinəndə biz də sevinirik. Onlarsız futbolun ehtirası olmaz. Biz fanatlarımızın xoşbəxt olması üçün əlimizdən gələni edirik”.
M.Qurbanlı AİK-lə “Yurqorden” arasındakı0 rəqabət haqda da danışıb. O, bu haqda suala cavabında bildirib: “Bilirəm ki, bu, böyük derbi və rəqabətdir. Mən onu da bilirəm ki, bəzən fanatlar arasında dava da olur. Futbolun gözəlliyi həm də belə rəqabətdədir. Bu cür qarşılaşmalar dünyanın hər yerində var. “El-Klassiko”nu, Argentinada “Buka Xuniors”la “Rivee Pleyt” arasındakı oyunları göstərmək olar”.