Bu gün Rusiyada PARİ Premyer Kuboku (“Matç TV Kuboku”) start götürüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" klubu da bu gün turnirdə ilk oyununu keçirib. Komanda “Zenit” ilə üz-üzə gəlib. "Ağ-qaralar" görüşdə hesabı açsa da, yekunda 1:3 hesabı ilə uduzub. Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş “Matç TV” vasitəsi ilə canlı yayımlanıb.
Yarışa baş məşqçisiz yollanan “ağ-qaralar” turnir çərçivəsində iyulun 8-də "Srvena Zvezda” (Serbiya), iyulun 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq.