Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Suvon Blyuinqz"in qonağı olub. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.
Krivotsyuk də bu oyunun iştirakçısı olub. 24 yaşlı sol cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının ikinci qolunun ötürməsini edib.
Xallarını 8-ə yüksəldən "Tecon Xana Sitizen" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.