Cənubi Koreya çempionatında 3-cü turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Pohanq”la qarşılaşıb. Görüş qolsuz başa çatıb – 0:0.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, əvvəlki iki turda olduğu kimi, bu dəfə də 90 dəqiqə oynayıb.
Qeyd edək ki, “Daejeon” hazırda 5 xalla 4-cü pillədə qərarlaşıb.