Xorvatiya çempionatında 20-ci turun oyunları keçirilir.  

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) səfərdə "Slaven"lə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə Petar Boçkayın əvəzinə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 46 xalla vahid liderdir. "Slaven" isə 28 xalla 4-cü pillədə qərarlaşıb.

Xorvatiya çempionatı

20-ci tur

20:30. "Slaven" - "Dinamo" (Zaqreb) - 1:1

Qollar: Yambor, 32 - Drmiç, 3