İsveçrə Superliqasında 18-ci turun oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Luqano" ilə üz-üzə gəlib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Renat oyuna start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Qrasshopper" 21 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.