Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" bu gün ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"i ilə qarşılaşıb. Görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundakı yeganə qolu 34-dü dəqiqədə Fərid Nəbiyev vurub.

Qeyd edək ki, "Kəpəz" yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.