"Traktor Sazi" klubunun baş məşqçisi Kurban Berdıyev komandadan gedə bilər.

Offsideplus.az xəbər verir ki, 70 yaşlı mütəxəssis "Soçi" klubunun baş məşqçisi ola bilər. Berdıyevin Vadim Qaranini əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, türkmənistanlı baş məşqçi iyun ayında Təbriz təmsilçisinin baş məşqçisi təyin olunub.