Dünən UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniya ilə heç-heçə edən (3:3) İngiltərə yığması qələbəsiz oyunlar seriyasını 6-ya çatdırıb.
Offsideplus.az xəbər verir ki, komanda Millətlər Liqasındakı matçların 3-də heç-heçə edib, eyni sayda məğlubiyyətlə üzləşib.
Belə bir nəticə son dəfə 1993-cü ildə qeydə alınıb. Nəticədə İngiltərə 29 il sonra 6 oyunluq qalibiyyətsizlik antirekordunu təkrarlayıb.
A Liqasında 3-ü qrupu 3 xalla sonuncu pillədə başa vuran İngiltərə millisi B Liqasına düşüb.