Kosovo yığmasının yarımmüdafiəçisi Valon Berişa Fransanın “Reyms” klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi onu Avstraliyanın “Melburn Siti” klubuna icarəyə verib. 

 29 yaşlı futbolçunun 2023-cü ilin 30 iyununa kimi icarədə olacağı diqqətə çatdırılıb.