Futbol üzrə Polşa Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk “Visla”sı da bu mərhələdə səfərdə “Skra” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Bununla da, komanda 1/16 finala yüksəlib.

Anton Krivotsyuk bu matçda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.