"Qarabağ" klubunun sabiq futbolçusu Faysal Rerras karyerasını Belçikada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, 1-ci divizion təmsilçisi URSL klubuna keçir. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mərakeş əsilli belçikalı oyunçu bir müddət öncə "Turan Tovuz"un düşərgəsində baxışda olub. Lakin Tovuz klubu məşqdə zədə alan təcrübəli oyunçudan imtina edib. O, 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.