Türkiyənin “Trabzonspor” klubu braziliyalı yarımmüdafiəçisi Flavio Medeyrosu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun”a icarəyə verib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçinin 1 illik icarəsi üçün Səudiyyə Ərəbistanı klubu Türkiyə çempionuna 200 min dollar ödəyəcək.

Sözləşmədə satınalma şərti də var. “Əl-Taavun” Flavionu birdəfəlik transfer etmək üçün də 2 milyon dollar ödəməlidir.