Futbol üzrə Türkiyə kubokunda 2021/22 mövsümünün qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda “Kayserispor”la “Sivasspor” komandaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla bitib. Bu səbəbdən əlavə vaxt təyin olunub. Məhz əlavə vaxtda rəqibini üstələyən “Sivasspor” Türkiyə kubokunun qalibi olub.

Sözügedən klub tarixində ilk dəfə ölkə kubokunda belə zəfər qazanıb.