Dünyanın ali futbol qurumu FİFA 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatı üçün ödənişləri dayandırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının inkişaf direktoru Maksim Mitrofanov məlumat yayıb. O bildirib ki, Rusiya FİFA-dan 100 milyon dollar almalıdır. Federasiya artıq ümumi məbləğin 30 faizini alıb. İndi isə FİFA ödənişlərin verilməsini dayandırıb, lakin ləğv etməyib.

Xatırladaq ki, 2018-ci il dünya çempionatı Rusiyanın 11 şəhərində keçirilib.