Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.
Offsideplus.az xəbər verir ki, Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından Mərkəzi Ordu İdman Klubununun idmançısını qələbə münasibətilə təbrik edib.
Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona "kapitan" poqonlarını və qiymətli hədiyyə təqdim edib.