AFFA-nın Futbol akademiyasının meydançasında Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün təlim keçirilib.

Offsideplus.az xəbər verir ki, UEFA-nın baş fizioterapevti Roman Jahoda tərəfindən təşkil olunan təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub. Təlimə AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.