Mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən göndərilən Vitali Vernidub keçmiş komandasına qayıdıb.
Offsideplus.az xəbər verir ki, müdafiəçi “Zarya” klubunun təlim-məşq toplanışına qatılıb.
31 yaşlı futbolçu ötən gündən start götürən hazlırlıq prosesində iştirak edir. Ancaq onun atası Yuri Vernidubun rəhbərlik etdiyi komandada qalıb-qalmayacağı müəyyənləşməyib.
Qeyd edək ki, “Qəbələ” müqaviləsi başa çatan futbolçu ilə əməkdaşlığını davam etdirməkdə maraqlı olmayıb.