Azərbaycan yığmasının sabiq qolkiperi Kamran Ağayev vida matçını təşkil edəcək.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı veteran qapıçı "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində olarkən deyib.

Ağayev fikrində belə bir qarşılaşmanın olduğunu bildirib: "Bu barədə AFFA və "Səbail" rəhbərliyi ilə danışığımız olub. Planımızda var ki, bu oyun azarkeşlərlə olsun. Ancaq nə zaman olacağı dəqiq deyil".