Amerika Kubokunun 1/4 finalında Peru və Paraqvay yığmaları qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan Peru seçməsi yarımfinala yüksəlib.

Komanda yarımfinal mərhələsində Braziliya millisi ilə üz-üzə gələcək.

Oyunun icmalını təqdim edirik: