"Fənərbağça" klubunun ulduzu Məsut Özil Meksika klubunun bir hissəsini satın alıb.

Offsideplus.az "Hürriyyət"ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu məşhur aktrisa Eva Longoriya, model Keyt Apton və həyat yoldaşı Castin Verlanderlə birlikdə Meksikanın "Necaxa" klubunun səhmlərinin 50 faizini alıb.

Ödənilən məbləğ isə məlum deyil.

Qeyd edək ki, sözügedən komanda Meksikanın 1-ci liqasında çıxış edir.