“Qarabağ”ın futbolçusu Mahir Emrelinin komandadan ayrılacağı rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını Polşanın "Legiya" klubunda davam etdirəcək. Bu barədə ispan jurnalist Qonsales Agilera “tvitter” hesabında məlumat yayıb.
Mahirin Varşava təmsilçisi ilə 3 illik müqavilə imzaladığı və illik maaşının 450 min avro məbləğində olacağı bildirilir. Yaxın zamanda Emrelinin transferinin rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, cari mövsüm 18 qola ima atan Mahir Emreli 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.