Kriştiano Ronaldonun "Yuventus"u "Sportinq"ə dəyişəcəyinə dair gəzən dedi-qoduların "çəkisi" bir az da artıb.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun Turindəki qarajında yer alan 7 superkar yük maşınına yüklənərkən görüntülənib. Həmin yük maşınının baş ofisi Lissabonda yerləşən "Rodo Cargo" şirkətinə məxsus olması Ronaldonun karyerasını vətənində davam etdirəcəyinə dair dolaşan xəbərlərin sayını artırıb.
Qeyd edək ki, Kriştiano 2003-cü ildə 16,7 milyon avro qarşılığında "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunmuşdu.
Aşağıda yer alan videoda avtomobillərin yüklənmə anı ilə tanış ola bilərsiniz;
#CR7 trasloca le 7 supercar dal suo garage di Torino via Roclo Cargo, azienda trasporti di Lisbona ?️?
— Giacomo Scutiero (@SCUtweet) May 17, 2021
Vuol dire tutto? Vuol dire niente? ?
(Video @persemprecalcio) pic.twitter.com/qX9moM93mr