Fransa yığmasının və "Barselona" klubunun üfutbolçusu Antuan Qrizmann yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvardın rekordu DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla səfər oyununda qeydə alınıb. O, 2:0 hesabı ilə qalib gəldikləri görüşün start heyətində meydana çıxıb. Bununla da hücumçu millidə ardıcıl 45-ci matçında oyuna ilk 11-likdə başlayıb.

İndiyədək sözügedən rekord yığmanın keçmiş yarımmüdafiəçisi Patrik Vieyraya məxsus idi.