İspaniya 2-ci liqasında 26-cı turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Komanda səfərdə “Sabadell” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.