ABŞ-ın futbol çempionatı olan MLS klublarının məşq etməsinə qoyulan qadağanın müddəti uzadılıb.
Offsideplus.az xəbər verir ki, ABŞ və Kanada klublarının mübarizə apardığı çempionatın iştirakçısı olan 26 komandanın hamısına aprelin 24-nə qədər məşq etmək qadağan edilib.
Qeyd edək ki, dünyada sürətlə yayılan koronavirus pandemiyasına görə, MLS-də də martın 12-dən oyunlar 30 günlük təxirə salınıb.