Paralimpiya komitəsində beynəlxalq əlaqələrin yeni strategiyası hazırlanır.

Offsideplus.az xəbər verir ki, iclasda beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı 2020-ci il üçün hazırlanmış işlərin yol xəritəsinin təqdimatını etmişdir. Hacılı ötən dövr ərzində beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barəsində ətrəflı məlumat verib, 2020- ci ildə görülməsi nəzərdə tutulan işləri təqdim edib.

İlqar Rəhimov 2020-nin növbəti paralimpiya oyunları ili olduğunu qeyd edib və beynəlxalq əlaqələri bu yarışlara hazırlığın vacib tərkib hissəsi kimi vurğulayıb. İclasda MPK-nın baş katibi Kamal Məmmədov da iştirak edib.