Çexiya çempionatını 10-cu turunda keçirilən "Sparta" - "Slaviya" matçında kuryoz avtoqol qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Praqa derbisinin 55-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Mixal Saçekin arxasına dəyən top öz qapılarına daxil olub.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.