Futbolda üç qayda dəyişəcək.
Offsideplus.az xəbər verir ki, dəyişikliklər ilk olaraq Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan klublararası dünya çempionatında sınaqdan keçiriləcək.
Birinci dəyişiklikdə qapçının ötürdüyü pası cəza xəttinin içində komanda yoldaşları tərəfindən qəbul edə bilməsi nəzərdə tutulub. Əvvəlki qaydaya əsasən, oyunçu bu halda ancaq top cəza xəttini keçdikdən sonra qəbul edə bilərdi.
Ikinci qayda yenilənməsi isə oyunçu dəyişikliyi ilə əlaqədar olub. Belə ki, əvvəlki qaydalara əsasən, oyunçu dəyişdirilərkən orta xəttə gələrək meydanı tərk etməli idisə, artıq dayandığı mövqedən kənar xəttə yxınlaşacaq və beləcə əlavə vaxt itkisinin qarşısı alınacaq.
Son dəyişiklik qırmızı kart alan oyunçunun növbəti oyunu buraxması ilə əlaqədardır. Əvvəl oyunçu yalnız kart aldığı çempionat üçün oyunu buraxırdısa, yeni qaydadan sonra komandasının hansı çempionatda olmasından asılı olmayaraq ilk oyununu (oyunlarını) buraxacaq.(yenicag.az)