Almaniya 2-ci Bundesliqasında 33-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, yığma komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” öz meydanında “Hannover"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Zədəli olan Nazarov görüşdə iştirak etməyib.

Qeyd edək ki, 33 turdan sonra 44 xala malik “Ersgebirge” 9-cu pillədə qərarlaşıb.