Premyer Liqamızın 2019/20 mövsümünün çempionu olan “Qarabağ”a kubok təqdim olunma mərasimində Ağdam klubunun hücumçusu Mahir Emreli də mükafalandırılıb.
Offsideplus.az xəbər verir ki, yığmamızın hücumçusuna mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafat təqdim edilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq başa vurulan Premyer Liqamızda Mahir Emrelidən başqa Stiven Monroz ("Neftçi"), Peyman Babayi ("Sumqayıt") və Baqali Dabo ("Neftçi") da bombardir elan edilib. Hər 4 futbolçunun aktivində 7 qol var.