“Qalatasaray” klubunun hücumçusu Florian Andone klubdan ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, rumıniyalı futbolçus şəxsi İnstaqram hesabında bununla bağlı paylaşım edib. "Cimbom"da hədəflərinə çatmadığı üçün təəssüfləndiyini bildirən 27 yaşlı forvard azarkeşlərlə vidalaşıb.

Andone müqavilə ilə İngiltərənin “Brayton” klubuna məxsusdur və ötən ilin sentyabrından “Qalatasaray”da icarə əsasında çıxış edir. 

Xatırladaq ki,  futbolçu Superliqanın son turunda “Rizəspor”la görüşdə zədələnib və mövsümün sonuna qədər oynaya bilməyəcəyi açıqlanıb.