PSJ klubunun futbolçusu Leven Kurzava karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Çelsi" 27 yaşlı müdafiəçi ilə maraqlanır. "Zadəganlar"ın fransalı oyunçunun agenti ilə danışıqlar apardığı vurğulanıb.

Qeyd edək ki, Kurzavanın PSJ ilə müqaviləsi yayda başa çatır.