"Çelsi" ilə oyunda "Barselona"nın 53 oyunluq seriyası başa çatıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu ötən ilin dekabrın 15-dən bəri ilk dəfə bir oyunda qol vura bilməyib.

Sonuncu dəfə "Leqanes" ilə oyunda (0:1) bu baş vermişdi.

Qeyd edək ki, görüş "Çelsi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinə qələbə gətirən qolları Jül Kunde (öz qapısına), Estevao və Liam Delap vurub.