“Napoli”nin müdafiəçisi Alessandro Buoncorno Çempionlar Liqasının “Qarabağ”la keçiriləcək oyunu ərəfəsində mətbuat konfransında çıxış edib və qarşıdakı matçla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, komandanın görüşə tam hazır olduğunu bildirib:

“Biz birlikdə və möhkəm bir komandayıq. Sabah böyük bir oyun göstərmək üçün gücümüz və inamımız var. ‘Atalanta’ya qarşı qələbə bizə böyük motivasiya verdi. Həmin oyun yorucu olsa da, çox enerji topladıq. İndi bu enerjini sabah meydana qoymalıyıq, çünki bizim üçün çox önəmli matçdır.”

Buoncorno komandanın özünəinamını vurğulayıb:

“Öz qabiliyyətlərimizə və baş məşqçinin tapşırıqlarına hər zaman güvənmişik. Oyuna tam diqqət və inamla hazırlaşırıq və dəyərimizi meydanda göstərə biləcəyimizə inanırıq.”

İtalyan müdafiəçi mövsümdə çətin dövrlərin ola biləcəyini də etiraf edib:

“Mövsüm ərzində daha az parlaq anlar ola bilər, amma biz hər cəbhədə rəqabət aparırıq. Sabah da əlimizdən gələni edəcəyik ki, vacib nəticə əldə edək.”

“Qarabağ” barədə danışan Buongiorno rəqibi yüksək qiymətləndirib:

“Qarabağ keyfiyyətli komandadır, Çempionlar Liqasında çox yaxşı oyunlar göstərirlər. Çətin bir matç olacaq. Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir, bizə əlavə güc verəcək. Həm komanda olaraq, həm də azarkeşlərlə birlikdə bu mərhələni maksimum enerji ilə keçməyə çalışacağıq.”

Buoncorno çıxışını belə tamamlayıb.