"Qarabağ" klubu ardıcıl 12 mövsümdür avrokubok turnirlərinin əsas mərhələsində çıxış edir.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci dəfədir Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparır.

Onlar 9 dəfə Avropa Liqasında, 1 dəfə isə Konfrans Liqasında iştirak edib.

"Qarabağ" indiyədək 77 matça çıxıb. Onlar bu görüşlərdə 18 qələbə qazanıb, 16 dəfə heç-heçə edib, 43 oyunda isə məğlub olub.

Qurban Qurbanovun yetirmələri bu oyunlarda 77 qol vurub, qapılarında isə 137 qol görüb

Ən çox qol vuran futbolçu isə Abdullah Zubirdir - 9.

Oktyabrın 1-də keçiriləcək matç "Qarabağ" və "Kopenhagen"i 5-ci dəfə üz-üzə gətirəcək.

Komandalar ilk dəfə 1998/99 mövsümündə üz-üzə gəliblər. Onların ilk duelləri təmsilçimiz üçün çox da yaxşı keçməyib. Danimarka nəhəngi hər iki oyunda böyükhesablı qələbə qazanıb - 4:0, 6:0.

19 il sonra keçiriləcək matçlar isə Ağdam klubunun tarixinə keçəcəkdi. İlk matçda, Bakıda 1:0 hesabı ilə qələbə qazanan "Qarabağ" səfərdə 1:2 məğlub olsa da, pley-off mərhələsini keçərək ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Bu, həm klubun, həm də Azərbaycan futbolunun tarixində bir ilk idi.

O, dönəmdən heyətdə qalan futbolçular isə Bədavi Hüseynov, Abbas Hüseynov və Şəhruddin Məhəmmədəliyevdir. Təbii ki, Qurban Qurbanov da hələ də komandanı idarə edir.

Sonda isə... 

2 gün sonrakı matç "Qarabağ" üçün avrokuboklarda yeni səhifə aça bilər. Qazanılacaq qələbə Qurban Qurbanovun komandasını növbəti mərhələyə bir addım da yaxınlaşdıracaq. Görək onlar bunu bacaracaqmı?