"Qarabağ"ın Çempionlar Liqası oyununa son biletlər qaldı.

Offsideplus.az xəbər verir ki, “Qarabağ” FK azarkeşlərinə müraciət edərək Çempionlar Liqasının həyəcanını yaşamaq üçün biletləri vaxtında əldə etməyi tövsiyə edib.

Klubun məlumatına görə, artıq son biletlər qalıb. Biletlər iTicket.az onlayn platformasında, satış məntəqələrində, Park Bulvardakı “Qarabağ” FK Fan-Şopunda və stadion kassalarında satılır.


Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  Stadionun qapıları azarkeşlər üçün oyundan 120 dəqiqə əvvəl açılacaq.

Klub azarkeşləri komandaya dəstək olmaq üçün tribunada bir araya gəlməyə çağırıb.