"Ferentsvaroş"un macarıstanlı hücumçusu Barnabas Varqa komandadan ayrıla bilər. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə BƏƏ və İtaliyanın top klubları maraqlanır. İtalyan insayder Canluka Di Marzio Varqanı heyətində görmək istəyən klubların adlarını açıqlayıb. İtaliyadan "Napoli", "Kalyari", "Udinese, "Kremonese", BƏƏ-dən "Əl Cəzirə" klubları Barnabası transfer etmək istəyir. 

Qeyd edək ki, B.Varqa cari mövsüm 7 qola imza atıb, bunlardan 5-ni Çempionlar Liqasının təsnifat mərhələlərində vurub. O, ÇL-nin pley-offu üzrə "Qarabağ"a qarşı ilk oyunda da (1:3) fərqlənib.