Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda AFFA rəsmiləri də iştirak edib.
Offsideplus.az xəbər verir ki, AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Bleker UEFA tərəfindən növbəti təyinat alıblar.
Türkiyədə oynanılan matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Bleker olub.
Qeyd edək ki, matç 0:0 hesabı ilə yekunlaşıb.



