"Qarabağ" avqustun 12-də "Şkendiya" ilə Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək matçdan öncə olacaq mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 11-də saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-da isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 

Qonaq komandanın baş məşqçisi Jeton Beqirinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 19:30-da start götürəcək. Şimali Makedoniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 20:00-da başlayacaq. 

Qeyd edək ki, avqustun 12-də olacaq “Qarabağ” – “Şkendiya” görüşü saat 20:00-da start götürəcək.