"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə "Şkendiya"nın qonağı olub.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri öncəki turda İrlandiyanın "Şelburn" komandasını (3:0, 1:0) mübarizədən kənarlaşdırıb.

Ağdam klubunda bugünkü görüşdə yalnız Dani Bolt iştirak etməyib. Marko Yankoviç isə artıq zədəsini sağaldıb.

Şimalı Makedoniyanın Skopye şəhərində keçiriləcək matçda "Qarabağ" minimal hesabla qalib gəlib: 0:1. 

Cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. 

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” 0:1

Qol: Toral Bayramov, 18. -pen.

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (Slovakiya)

“Todor Proeski” stadionu

"Şkendiya": 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 6. Alhassan, 7. B. İbraimi (k), 10. Krasniqi, 11. Vebster, 15. Fetai, 29. Tamba, 77. Latifi

Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 17. Zeynullai, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 28. Qaka, 38. Nuhija

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 27. Toral Bayramov, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt