Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün finalında qalib müəyyənləşəcək.
Offsideplus.az xəbər verir ki, “Münhen Arena”da keçirilən həlledici qarşılaşmada İtaliyanın “İnter” klubu Fransanın PSJ komandası ilə üz-üzə gəlir.
Hazırda matçın ilk hissəsi başa çatıb və PSJ üstünlük əldə edib – 0:2. Paris təmsilçisinin heyətində qolları Əşrəf Hakimi (12-ci dəqiqə) və Dezire Due (20-ci dəqiqə) vurub.
Matçda vurulan qolları təqdim edirik: