İtaliyanın “İnter” klubunun və Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə qalib olacaq komanda ilə bağlı proqnozunu bölüşüb.
Offsideplus.az xəbər verir ki, bu mövsümün final matçında “neradzurrilər” Fransa təmsilçisi PSJ ilə qarşılaşacaqlar. Braziliyalı keçmiş futbolçu proqnozunda belə deyib:
“Proqnozum budur ki, “İnter” qalib gələcək. Bu, bir az da azarkeş kimi fikrimdir. Klubla aramda böyük bir bağ var. Onlarla birlikdə çox önəmli anlar yaşamışam. Simpatiyamı gizlədə bilmirəm. “İnter”in yenidən Çempionlar Liqasını qazanması gözəl olardı”.
Qeyd edək ki, Ronaldo “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians” kimi klublarda çıxış edib. O, 2011-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. Braziliyalı hücumçu ümumilikdə 735 oyunda iştirak edib və 512 qol vurub.