"Barselona" rəhbərliyi "Atletiko Madrid"lə keçirilən gərgin qarşılaşmadakı hakim və VİAR (VAR) qərarlarından dolayı UEFA-ya rəsmi şikayət məktubu ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, klubun əsas iddiası matçın 54-cü dəqiqəsində rəqib cərimə meydançasında baş verən penalti epizodu ilə bağlıdır.
Matçın ikinci hissəsində "Atletiko Madrid" futbolçusunun cərimə meydançası daxilində topla əllə oynaması kameralara aydın şəkildə yansısa da, nə baş hakim, nə də VAR otağı bu epizoda müdaxilə etməyib.
Klubun şikayətində VAR otağındakı hakimlərin həmin an epizodu tamamilə yanlış dəyərləndirdiyi bildirilir:
- Yanlış qavrayış: Sızan məlumatlara görə, VAR hakimləri "Barselona"lı futbolçuların etirazını topun ələ dəyməsinə görə deyil, rəqibin vaxtı uzatmasına görə etdiklərini düşünüblər.
- Diqqətsizlik: Bu "anlaşılmazlıq" səbəbindən hakimlər əllə oyun epizodunu təkrar izləmədən oyunu davam etdiriblər.
"Barselona" rəhbərliyi hesab edir ki, bu cür texniki və diqqət zəifliyi turnirin nüfuzuna xələl gətirir. Klub UEFA-dan həmin anın səs yazılarını (VAR və baş hakim arasındakı danışıqlar) tələb edib və gələcəkdə bu növ "kommunikasiya qəzalarının" qarşısının alınması üçün ciddi tədbirlər görülməsini istəyib.
Hələlik UEFA-dan mövzu ilə bağlı rəsmi açıqlama gəlməsə də, bu hadisənin Avropa futbolunda hakim islahatlarını yenidən gündəmə gətirəcəyi gözlənilir.


