UEFA yanlış qərar verən hakimi avrokubok təyinatlarından uzaqlaşdıra bilər.
Offsideplus.az xəbər verir ki, söhbət Çempionlar Liqasının 1/4 finalının ilk oyunu üzrə keçirilən "Barselona" - "Atletiko" (Madrid) matçının hakimi İştvan Kovaçdan gedir. Avropanın ali futbol qurumu rumıniyalı baş məşqçiyə mövsümün sonuna qədər avrokubok oyunlarına təyinat verməyə bilər. "Barselona" hakimi şikayət etməyə hazırlaşır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, buna referinin sözügedən oyunda verdiyi mübahisəli qərarlar, habelə topa əllə toxunuş epizodunun düzgün dəyərləndirilməməsi səbəb olub.


