"Real Madrid" Çempionlar Liqasının püşkatmasının nəticəsindən narazı qaldığını bildirib.

Offsideplus.az xəbər verir ki, klub daxilində hesab edirlər ki, komanda son illərdə "Mançester Siti" ilə həddindən artıq çox qarşılaşıb.

Qapıçı Tibo Kurtua və müdafiəçi Antonio Rüdiger “Real Madrid”in heyətində “Mançester Siti”yə qarşı, əvvəlki klubları "Çelsi" dönəmindən daha çox oyun keçiriblər.

Madrid təmsilçisində hesab edirlər ki, ardıcıl mövsümlərdə eyni rəqiblə üz-üzə gəlmək turnirin müxtəliflik baxımından marağını azaldır.