UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə zədələnən Kamillo Duranın son durumu bəlli olub.
Bu barədə “Qarabağ” klubundan Offsideplus.az sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, hazırda müalicə prosesi davam edir: “UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə oyunda zədələnmiş futbolçumuz hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlərin yekun rəyini verdikdən sonra, ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Qarabağ” İngiltərədə “Nyukasl”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə 68-ci dəqiqəsində Duran topla irəlilədiyi vaxt heç bir müdaxilə olmadan ayağını tutaraq, yerə yıxılıb.


