UEFA Çempionlar Liqasında 1/16 finalın cavab oyunları oynanılır.
Offsideplus.az xəbər verir ki, "Atalanta" klubu İtaliyada "Borussia Dortmund"u qəbul edib.
İlk görüşdə dortmundlular 2:0 hesabla qalib gəldikləri üçün bu görüşə arxayın çıxmışdılar. Nəticədə meydan sahibləri oyunu üstün tamamladı və bu görüşdə 4:1 hesabla qalib gəldi.
"Atalanta" iki oyunun cəmində 4:3 hesabla qalib gəldi və 1/8 finala yüksəldi.


